18 Mart 2025, 15:43
FUTBOL
“Real”ın futbolçusu Luka Modriçin karyerası ilə bağlı planı məlum olub. Matc.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Madrid klubunda daha 1 mövsüm keçirmək niyyətindədi.
39 yaşlı xavbek “kral klubu” ilə müqavilə müddətini 2026-cı il yayınadək uzatmağı planlaşdırır.
Qeyd edək ki, Modriç cari mövsümdə ümumilikdə 44 oyunda 4 qol və 7 assistlə yadda qalıb.