"Çox xoşbəxtəm, bu, bizim tariximizdə üçüncü dəfədir. Ona görə də yenidən yarımfinalda olmaqdan çox qürur duymalıyam"
"Həm Londonda, həm də Madriddə yaxşı oynadıq".
Matc.az xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqası 1/4 final mərhələsinin "Real"la matçından (2:1) sonra deyib. İspan mütəxəssis komandası ilə fəxr etdiyini bildirib:
"Çox xoşbəxtəm, bu, bizim tariximizdə üçüncü dəfədir. Ona görə də yenidən yarımfinalda olmaqdan çox qürur duymalıyam. Komanda inanılmaz ambisiya, cəsarət və istənilən rəqibə qarşı mübarizə aparmaq istəyi nümayiş etdirdi. Oyunçularımla fəxr edirəm. Santiaqo Bernabeu Stadionunda məşqçi kimi ilk dəfə idim. Bu gün bu stadionda hər şeyin necə mümkün olduğunu başa düşdüm. Azarkeşlər həqiqətən təzyiq yaradır".