"Düşünürəm ki, rəqiblə müqayisədə bizim qol vurmaq şansımız daha çox idi. Daha yaxşı oynamalı idik"

“Fikrimcə, yaxşı çıxış etdik. Bəzi futbolçularımız yox idi, bunu qeyd etməmək mümkün deyil”. Matc.az xəbər verir ki, bunu “Bavariya”nın baş məşqçisi Vensan Kompani deyib.

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “İnter”lə heç-heçə (2:2) və turnirdən kənarda qalmalarını şərh edən mütəxəssis rəqib komandanı tərifləyib.

“Azarkeşlər bizi inanılmaz dərəcədə dəstəklədilər. Düşünürəm ki, rəqiblə müqayisədə bizim qol vurmaq şansımız daha çox idi. Daha yaxşı oynamalı idik. “İnter” əla komandadı. Məndən sadəcə nəticəni şərh etməyi tələb etsəydilər, bu, beş saniyə çəkərdi. Sərt reallıq ondan ibarətdir ki, ev finalı bizsiz baş tutacaq. Biz bunu dəyişə bilmərik. Amma bu iki görüşdə qalib gəlmək üçün kifayət qədər iş gördük” – deyə, Kompani bildirib.

Qeyd edək ki, Münhen təmsilçisi ilk görüşdə “İnter”ə 1:2 hesabı ilə uduzmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest