AFFA İntizam Komitəsinin növbəti iclasında Misli Premyer Liqasının XI turu ilə bağlı qərarlar verilib. Matc.az xəbər verir ki, komitə 4 klubu cərimələyib.
Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Matc.az xəbər verir ki, baş məşqçi Vitali Borisov 14 oyunçuya dəvət göndərib. Yığmamız noyabrın 3-dən 6-dək Bosniya və Herseqovinada təlim-məşq toplanışı keçəcək, ayın 4-də və 5-də adıçəkilən ölkənin yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək.
İFFHS milli çempionatların yüksək liqalarında ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, reytinqə 400 və daha çox qol vuranlar düşüb. Futbol tarixində cəmi 9 oyunçu bunu bacarıb. Siyahıya Kriştiano Ronaldo başçılıq edir.
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının birinci pley-off mərhələsində cavab oyununu keçirib. Matc.az xəbər verir ki, millimiz Portuqaliya yığması ilə üz-üzə gəlib.
Qadın futbolçulardan ibarət Portuqaliya yığmasının hücumçusu Stefanie Ribeyro Avropa çempionatının pley-off mərhələsində Azərbaycanla oyunu buraxa bilər. Matc.az xəbər verir ki, buna səbəb 30 yaşlı forvardın hələ tam hazır olmamasıdı.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.