"200 metrə qaçışda rekord qırmağa çalışacam. Çünki təklərdə daha yaxşı nəticə göstərmək mümkündü. Ümumilikdə mövsüm ərzində 15-17 yarışda qaçmağı planlaşdırırıq. Hər il mübarizə getdikcə çətinləşir".
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin sıralama turu başa çatıb. 10 komandanın 20 pilotu yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda start xəttində öz yerlərini müəyyənləşdiriblər. "Mercedes"in pilotu Valtteri Bottas yürüşü birinci pillədə başa vurub.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) dopinqə görə Azərbaycanın daha bir idmançısına sanksiya tətbiq edib. Dopinq-testi müsbət nəticə verən Elmar Alıyev 4 il müddətinə diskvalifikasiya olunub.
Bolqarıstan mətbuatında yazılana görə, tanınmış mütəxəssis Plamen Bratoyçev yetirməsinin 250 min dollar qarşılığında buna razılıq verməsinə mane olub. 22 yaşlı atlet həmin vaxt vətəndaşlığını dəyişməkdən imtina etməsinin səbəbi kimi Bolqarıstana olan sevgisini göstərib.
Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirinə yekun vurulub. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Sergey Karyakin, Teymur Rəcəbov isə qara fiqurlarla çexiyalı David Navara ilə üz-üzə gəlib.
Azərbaycan qrossmeysterlərindən Teymur Rəcəbov ağ, Şəhriyar Məmmədyarov isə qara fiqurlarla mübarizə aparıb. Məmmədyarov autsayder Aniş Giri ilə, Rəcəbov vitse-çempion Vişvanatan Anandla heç-heçə oynayıb.
Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ağ fiqurlarla mübarizə aparıb. Məmmədyarov Liren Dinqlə, Rəcəbov isə Veselin Topalovla üz-üzə gəlib. Lakin hər iki şahmatçımız bərabərliklə kifayətlənib.
"Bəyənmədiyim xüsusiyyətlər çoxdur. Onlardan birincisi də, yəqin ki, hövsələsiz olmağımdır. Xüsusilə son vaxtlar bunu özümdə daha çox hiss edirəm. Bəlkə də, bu, gərgin iş rejimi ilə əlaqəlidir".
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov qara fiqurlarla dünya çempionu və yarışın lideri Maqnus Karlsenlə üz-üzə gəlib. Görüş heç-heçə nəticələnib. Teymur Rəcəbov isə ağ fiqurlarla Sergey Karyakinlə bərabərə qalıb.
"Prinsipial pozisiya izlədik. Gedişləri saymaq və diqqətli olmaq vacib idi. Rəqib çox dəqiq oynadı. Buna görə qələbə üçün oynamaq mümkünsüz oldu. Üstünlük görünmürdü, heç bir perspektiv olmayacaqdı".
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.