UEFA Konfrans Liqasında iştirak edəcək “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi serbiyalı hücumçu Neqoş Kupusoviçlə 3 illik müqavilə bağlayıb.

“Srvena Zvezda”nın yetirməsi olan 23 yaşlı oyunçu karyerası ərzində Almaniyanın “Ersqebirqe Aue” (2019-2020), “Ayntraxt” (Braunşveyq, 2020-2021), Slovakiyanın “Trençin” (2021-2024) və “Dubnitsa” (2021-2022) klublarında çıxış edib.

Neqoş “Sabah”da 29 nömrəli formada çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest