05 İyul 2024, 17:58
FUTBOL
“Tottenhem”in hücumçusu Rişarlison Səudiyyə Ərəbistanına köçə bilər. Matc.az xəbər verir ki, ərəb ölkəsinin iki klubu Braziliya millisinin üzvü ilə maraqlanır.
Konkret olaraq “Əl-İttihad” və “Əl-Hilal” 27 yaşlı futbolçunu heyətinə qatmaq uğrunda mübarizə aparır. Londonlular da ön xətt oyunçusunun gedişinə qarşı deyil. Paytaxt klubu bu transferdən 60 milyon funt-sterlinq qazanmağı planlaşdırır.
Qeyd edək ki, Rişarlison “Tottenhem”ə 2022-ci ildə “Everton”dan keçib.