“Mançester Yunayted”in yarımmüdafiəçisi Doni van de Bek karyerasını La Liqada davam etdirəcək. “Jirona” niderlandlı futbolçunun transferi ilə bağlı “Mançester Yunayted”lə anlaşıb.
“Mançester Yunayted”in yarımmüdafiəçisi Doni van de Bek karyerasını La Liqada davam etdirəcək.
Matc.az xəbər verir ki, “Jirona” niderlandlı futbolçunun transferi ilə bağlı “Mançester Yunayted”lə anlaşıb.
Keçirilən oyunların sayına görə bonuslar yerinə yetirilmək şərti ilə Kataloniya klubu üçün transfer qiymətinin 4-5 milyon avro ola biləcəyi gözlənilir. Məbləğ daha çox ola bilər, lakin bu, digər nailiyyətlərin yerinə yetirilməsini tələb edir.
İspaniya klubu ilə futbolçu şəxsi müqaviləsinin şərtlərini gələn həftə müzakirə edəcək.
27 yaşlı yarımmüdafiəçinin “qırmızı şeytanlar”la müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Niderlandlı futbolçu ötən mövsümün ikinci hissəsini icarə əsasında “Ayntraxt”da keçirib.