Amerika Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

Matc.az xəbər verir ki, 1/4 finalın son iki oyununda Kolumbiya Panama üzərində böyük hesablı qələbə qazanıb – 5:0.

Uruqvay - Braziliya matçının əsas vaxtında hesab açılmayıb. Penaltilər seriyasında isə Uruqvay daha dəqiq olaraq (4:2) yarımfinala yüksəlib.

Beləliklə, yarımfinalda Argentina Kanada ilə, Uruqvay isə Kolumbiya ilə qarşılaşacaq.

Amerika Kuboku
1/4 Final

Kolumbiya - Panama - 5:0
Qollar: Kordoba, 8, Rodriqes, 15, Diaz, 41, Rioas, 70, Borja, 90+4

Uruqvay - Braziliya - 0:0 (Penaltilər seriyası - 4:2)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest