Amerika Kubokunun 1/4 finalında Panama ilə oyunda (5:0) iki məhsuldar ötürmə edən Kolumbiya millisinin hücumameyilli yarımmüdafiəçisi Xames Rodriqes, ümumilikdə assist sayını beşə çıxardıb.
Amerika Kubokunun 1/4 finalında Panama ilə oyunda (5:0) iki məhsuldar ötürmə edən Kolumbiya millisinin hücumameyilli yarımmüdafiəçisi Xames Rodriqes, ümumilikdə assist sayını beşə çıxardıb. O, bu nəticə ilə Argentina millisinin hücumçusu Lionel Messinin ən çox ötürmə rekordunu təkrarlayıb (5).
Matc.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.
Daha əvvəl bunu üç futbolçu bacarmışdı - 1997-ci ildə Braziliya millisinin yarımmüdafiəçisi Denilson, 2004-cü ildə braziliyalı yarımmüdafiəçi Aleks. Messi isə 2021-ci ildə keçirilən Amerika Kubokunda beş məhsuldar ötürmə edib.
Xatırladaq ki, yarımfinalında Kolumbiya Uruqvayla, Argentina isə Kanada ilə qarşılaşacaq.