Roderik Millerin çıxış etdiyi Panama millisi Amerika kubokunun 1/4 final oyununda Kolumbiyaya 0:5 hesabı ilə uduzub.

“Turan Tovuz”un müdafiəçisi Roderik Millerin çıxış etdiyi Panama millisi Amerika kubokunda 1/4 final oyununa çıxıb.

Matc.az xəbər verir ki, onun komandası Kolumbiya ilə qarşılaşıb və 0:5 hesabı ilə uduzub.

Meydana start heyətdə çıxan Miller fasilədə - hesabda 0:4 geridə olduqları zaman əvəzlənib. 

Qeyd edək ki, Kolumbiya millisi yarımfinalda Uruqvayla, Argentina isə Kanada yığması ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest