İspaniya millisinin və “Liverpul”un sabiq yarımmüdafiəçisi Tyaqo Alkantara peşəkar futbolçu karyerasını bitirmək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabrisio Romano məlumat paylaşıb.
Bildirilir ki, Tyaqo futbolda qalacaq, amma fərqli rolda olacaq. Bundan əvvəl mətbuatda Tyaqo Alkantaranın Hans-Diter Flikin “Barselona”dakı məşqçilər korpusuna keçə biləcəyi barədə məlumatlar yayılmışdı.
33 yaşlı futbolçunun son klubu 2020-ci ildən formasını geyindiyi və bu yay tərk etdiyi “Liverpul” olub. İspaniyalı futbolçu ötən mövsümü zədə səbəbindən buraxıb, meydanda cəmi bir dəfə meydana çıxıb. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 10 milyon avrodur. Daha əvvəl Tyaqo yetirməsi olduğu “Bavariya” və “Barselona”da çıxış edib. Yarımmüdafiəçi hər iki klubla Çempionlar Liqasının qalibi olub.
Ümumilikdə, Tiaqo İngiltərə klubunun heyətində 98 matçda iştirak edib, o, üç qol vurub və altı məhsuldar ötürmə verib. “Liverpul”la birlikdə yarımmüdafiəçi İngiltərə Kubokunu və Super Kubokunu qazanıb.