Yeni mövsümün hazırlıqlarını davam etdirən “Turan Tovuz” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Matc.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi komanda bu gün “Şəmkir”lə üz-üzə gəlib.

Oyunun ilk hissəsində Tovuz klubu Otto Con, Faiq Hacıyev və Aleks Souzanın vurduğu 3 cavabsız qolla fasiləyə yollanıb.

Fasilədən sonra hesab daha da böyük olub. Qəbələ şəhər stadionunda keçirilən görüşün ikinci hissəsində daha 10 cavabsız qol qeydə alınıb.

Ümumilikdə rəqibin qapısından 13 top keçirən “Turan Tovuz”un heyətində Otto Con (1 qol), Faiq Hacıyev (1 qol), Turak Bayramlı (1), Əsəd Əsədov (1), Aleks Souza (2 qol), Sadiq Şəfiyev (2 qol), Ayxan Hüseynov (2 qol) və Paçu (3 qol) fərqləniblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest