22 yaşlı cinah yarımmüdafiəçisi Maykl Olise İngiltərənin “Kristal Pelas” klubundan Almaniyanın “Bavariya”sına keçib.
Matc.az xəbər verir ki, bu barədə Münhen komandasının mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıblar. Daha əvvəl mediada “Bavariya”nın Olise üçün “Kristal Pelas”a 53 milyon avro sabit məbləğ və daha 5,9 milyon avro transfer bonusu ödəyəcəyi bildirilirdi.
Xatırladaq ki, fransalı futbolçu ötən mövsüm İngiltərə çempionatının 19 matçında iştirak edib, 10 qol vurub, 6 məhsuldar ötürmə edib. Futbolçunun “Kristal Pelas”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.