08 İyul 2024, 00:52
FUTBOL
İsveçrə millisinin baş məşqçisi Murat Yakın milli komandada fəaliyyətini davam etdirməyə hazır olduğunu bildirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “Tuttoeuropei.com” paylaşıb.
“Komanda oyun baxımından çox inkişaf edib. Qrup mərhələsində biz çox konsentrasiyalı və üstün oynadıq. 1/4 finalda bərabər matç oldu. Və məncə, həqiqətən özümüzü heç nəyə görə qınamalı deyilik. Biz hər şeyimizi verdik. Təəssüf ki, bu kifayət etmədi. Mən Cakanı çox yaxşı tanıyıram. Onun komandada özünü necə göstərdiyini yüksək qiymətləndirdim, kapitanla fəxr edirəm. Milli komanda ilə işimə davam etməyə hazıram”.
Xatırladaq ki, İsveçrə millisi AVRO-2024-ün 1/4 finalında ingilislərə məğlub olub (1:1, penaltilərdə - 3:5).