Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı üzvü olduğu “Dinamo” klubunda məyusedici qərar verilib. Matc.az xəbər verir ki, Zaqreb təmsilçisinin təlim-məşq toplanışında həmyerlimiz yer almayacaq.

Belə ki, Xorvatiya klubunun məşqçilər korpusu yeni mövsümə hazırlıq çərçivəsində Avstriyada keçiriləcək təlim-məşq toplanışına Mahirin aparılmamasına qərar verib. Emreli ilə yanaşı, daha iki futbolçu toplanışda iştirak etməyəcək. Bunlar Qabriel Rukavina və Moreno Jivkoviçdi.

Məşqçilər heyətinin bu qərarı Mahirə artıq ehtiyac duymadıqlarını göstərir. Bu isə onu deməyə əsas verir ki, Emreli “Dinamo”da qalmayacaq. Adı müxtəlif klublarla birgə hallanan hücumçunun karyerasını harada davam etdirəcəyi qeyri-dəqiq olaraq qalmaqdadı.

Qeyd edək ki, Mahir “Dinamo”ya 2022-ci ildə keçib. Zaqreb təmsilçisi ilə iki dəfə Xorvatiya çempionu olan Emrelinin klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest