08 İyul 2024, 11:54
FUTBOL
Zümrüd Ağayeva Qazaxıstan - Rumıniya oyununun UEFA nümayəndəsi olacaq.
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb. Matc.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin C liqasının 4-cü qrupu çərçivəsində keçiriləcək Qazaxıstan - Rumıniya oyununun UEFA nümayəndəsi olacaq.
Görüş iyulun 12-də Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.