Razılaşmaya əsasən, Kulaç 2025-ci ilin iyununa qədər “Pünik”in formasını geyinəcək.

"Zirə"nin yolları ayırdığı Vladislav Kulaç özünə yeni komanda tapıb. Matc.az xəbər veirr ki, ukrayna futbolçu karyerasını Ermənistanda davam etdirəcək.

Belə ki, 31 yaşlı hücumameyilli yarımmüdafiəçi “Pünik”lə anlaşıb. Bu barədə məlumat klubun rəsmi saytında yayılıb. Kulaç yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Razılaşmaya əsasən, o, 2025-ci ilin iyununa qədər “Pünik”in formasını geyinəcək.

Qeyd edək ki, Kulaç 2023-cü ilin yanvarından "Zirə"nin uğurları üçün çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest