08 İyul 2024, 17:03
FUTBOL
“Neftçi” məşqçilər korpusunu rəsmən açıqlayıb. Matc.az xəbər verir ki, “ağ-qaralar”da yeni baş məşqçi Roman Qriqorçukun köməkçiləri dəqiqləşib.
Litvalı Saulius Sekanaviçus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də Qruqorçukun köməkçilərindən olacaq.