08 İyul 2024, 18:55
FUTBOL
U-21 Azərbaycan millisinin üzvü Nazim Həsənzadə karyerasını Bakı klubunda davam etdirəcək.
Növbəti mövsümdən Azərbaycan I Liqasında çıxış edəcək “Baku Sportinq” heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, U-21 Azərbaycan millisinin üzvü Nazim Həsənzadə karyerasını Bakı klubunda davam etdirəcək. 22 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçunun son klubu “Zirə” olub.