İngiltərə millisi və “Real”ın ulduz futbolçusu Cude Bellinqemin kiçik qardaşı olan Cob Bellinqem növbəti mövsümdə oynayacağı klubla bağlı qərarını verib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano paylaşıb.

Bildirilir ki, bir neçə Premyer Liqa klubunun marağına baxmayaraq, 18 yaşlı hücumameyilli yarımmüdafiəçi “Sanderlend”də qalmağa qərar verib. O, klubun iddialı layihəsinə inanır və onun mühüm bir hissəsi olmaq istəyir.

Qeyd edək ki, ötən mövsümdə Cob Bellinqem təkcə əsas mövqeyində deyil, həm də mərkəz hücumçusu kimi çıxış edib. O, çempionatda keçirdiyi 45 matçda 7 qol və 1 məhsuldar ötürmə var.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest