08 İyul 2024, 20:36
FUTBOL
“Milan”ın yeni baş məşqçisi Paulo Fonseka bu vəzifədə ilk mətbuat konfransını keçirib. O, İtaliya klubunun transfer məqsədlərindən də danışıb.
Matc.az xəbər verir ki, Fonseka Olivye Jirunun gedişindən sonra bir qədər boş qalan forvard mövqeyini ən ağrılı yer adlandırıb.
“Hamımız bilirik ki, bizə mərkəz hücumçusu lazımdır. Biz lazımi keyfiyyətlərə malik bizə uyğun hücumçu tapmaq üçün birlikdə çalışırıq”.
Portuqaliyalı mütəxəssis mətbuat konfransında iyulun 8-də səhər saatlarında Rusiyadan irimiqyaslı raket zərbəsinə məruz qalan Ukraynanın döş nişanı ilə çıxış edib. Donetsk “Şaxtyor”unun sabiq baş məşqçisi bunu belə şərh edib:
“Bu mənim şəxsi işimdir. Ukraynada baş verənləri insanlara unutdurmamağa borcluyuq”.