“Atletiko” doqquz ildən sonra yarımmüdafiəçi Saulla yollarını ayırmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, Madrid klubu 29 yaşlı futbolçunu yeni mövsüm üçün planlarında görmür və onun klubla müqaviləsinin 2026-cı ilin iyuluna qədər olmasına baxmayaraq vidalaşmaq niyyətindədir.

Saulun yeni klubu da bəllidir. Bu digər La Liqa təmsilçisi “Sevilya” klubu olacaq. Hələlik tərəflər arasında danışıqlar davam etsə də, 29 yaşlı yarımmüdafiəçinin 3 illik müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, Saul “Atletiko”nun heyətində 427 oyun keçirib, 48 qol vurub və 26 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest