09 İyul 2024, 01:34
FUTBOL
“Lids”in mərkəz müdafiəçisi Çarli Kressuel “Tuluza”ya keçib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fransa klubunun rəsmi saytı paylaşıb.
Transfer məbləği 4,5 milyon avro olub. 21 yaşlı ingilis “Lids”in yetirməsidir və komandanın heyətində 14 oyun keçirib. Həmçinin, icarə əsasında “Milloul”da da çıxış edib və 30 matçda 5 qol vurub.