09 İyul 2024, 09:11
FUTBOL
“Latsio”nun hücumçusu Çiro İmmobile Türkiyəyə köçə bilər. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira paylaşım edib.
Onun fikrincə, 34 yaşlı forvardın bu yay ölkəni dəyişmək variantı var. İtaliya millisinin üzvünə “Beşiktaş” 2 illik müqavilə təklif edib və ondan cavab gözləyir. İmmobile özü razı olsa, romalılar bu satışa qarşı olmayacaq.
Qeyd edək ki, təxmini transfer dəyəri 4 milyon avro olan Çiro İmmobile ötən mövsüm bütün turnirlərdə keçirdiyi 43 oyunda 11 qol vurub.