Baş məşqçi postuna Roman Qriqorçuku gətirən “Neftçi” transfer çalışmalarını sürətləndirib. Moskva “Spartak”ının sabiq müdafiəçisi Leon Klassen növbəti dəfə Bakı klubunun gündəminə düşüb.
Baş məşqçi postuna Roman Qriqorçuku gətirən “Neftçi” transfer çalışmalarını sürətləndirib. Matc.az xəbər verir ki, Moskva “Spartak”ının sabiq müdafiəçisi Leon Klassen növbəti dəfə Bakı klubunun gündəminə düşüb.
“Legalbet” nəşri “ağ-qaralar”ın Rusiyanın gənclər millisinin sabiq üzvü ilə əlaqə saxladığı barədə məlumat yayıb. “Spartak”dan yenicə ayrılan Klassen hazırda azad agentdi. Bildirilib ki, “Neftçi” oyunçunun meneceri ilə təmasa keçsə də, keçidi reallaşdırmaq mümkün olmayıb. Çünki menecer danışıqlara fasilə verilməsini istəyib. O, digər təklifləri də dəyərləndirməyi düşünür.
Lakin gözləməyə vaxtı olmayan “Neftçi” rəhbərliyi transferdən imtina edib. Maraqlıdı ki, 24 yaşlı sol cinah müdafiəçisi son iki ildə Azərbaycan klubunun maraq dairəsinə tez-tez düşür. Daha əvvəllər “Spartak”la danışıqlar müsbət yekunlaşmamışdı.
Qeyd edək ki, Leon Klassen “Köln”ün yetirməsidi və 2022-ci ilin əvvəlindən bəri “Spartak”ın şərəfini qoruyub.