“Araz-Naxçıvan” növbəti transferini həyata keçirib. Bernardo Oliveira Dias növbəti mövsümü Premyer Liqa klubunun heyətində keçirəcək.
“Araz-Naxçıvan” növbəti transferini həyata keçirib. Matc.az xəbər verir ki, Bernardo Oliveira Dias növbəti mövsümü Premyer Liqa klubunun heyətində keçirəcək.
Benni kimi tanınan 27 yaşlı portuqaliyalı hücumameyilli yarımmüdafiəçi son olaraq vətənində “Torreense”nin formasını geyinib. Benni buna qədər Portuqaliyanın “Farmaçao”, “Oeiras”, “Belenenses”, SAD, “Benfika B”, “Çaves” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço, Küzmanoviçlə müqaviləni yeniləyib.