“Yoxlama oyununu keçirməkdə məqsədimiz komandanın meydanı tam hiss etməsi idi”. Bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

“Yoxlama oyununu keçirməkdə məqsədimiz komandanın meydanı tam hiss etməsi idi”. Matc.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Çalışdırıcı əvəzedici komanda ilə keçirilən yoxlama oyununu dəyərləndirib. O, komandadan razılıq bildirib: “Son iki gündə daha çox məşq keçmişdik. İstəyimiz də yükləmə altında komandanı görmək idi. Onlara nə demişdiksə, hansı tapşırıqları vermişdiksə, meydanda bizə qaytardılar”.

Baxşıyev kollektivin hələ komplektləşmədiyini vurğulayıb: “Hələ tam komplektləşməmişik. Bəzi mövqelər var ki, ora transferlər olacaq. Həmin mövqeləri gücləndirəcək futbolçularla danışıqlar demək olar, yekunlaşıb. Ömər Buludov və Miço Kuzmanoviç də xəstəlik səbəbindən bu matçda iştirak etmədilər. Vaxtımız var, dediyim kimi, qarşıdakı günlərdə heyətimizə yeni futbolçular qoşulacaq”.

Baş məşqçi 3 mövqeyə oyunçu alınacağını deyib: “Mərkəz müdafiəçisinə, oyun qurucuya və hümçuya ehtiyac var. Yaxın günlərdə komanda tam komplektləşəcək”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest