“Bavariya”nın yarımmüdafiəçisi Leroy Sane əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Almaniya millisi 1/4 finalda İspaniyaya uduzaraq (1:2) AVRO-2024-də mübarizəni vaxtından əvvəl dayandırdığından, cinah oyunçusu qasıq əzələlərindən əməliyyat olunub.

28 yaşlı futbolçu ötən mövsümün sonlarında meydana ağrılarla daxil olduğu üçün əməliyyat qaçılmaz olub. Sağalma prosesində gecikmə olmasa, Leroy bu ayın sonunda Münhen klubunun məşqlərinə qoşulacaq.

Qeyd edək ki, Leroy Sane 2020-ci ildən “Bavariya”nın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest