10 İyul 2024, 15:13
FUTBOL
“Şamaxı” və "Kəpəz" klubları arasında iyulun 14-də Qəbələ şəhər stadionunda keçirilməli olan yoxlama oyununun günü dəyişdirilib. Matc.az xəbər verir ki, bu barədə məlumat "Şamaxı"nın mətbuat xidməti tərəfindən yayılıb.
Bildirilir ki, görüş tərəflərin razılığı ilə 1 gün sonra, iyulun 15-nə keçirilib.
Qarşılaşmanın məkanı isə dəyişməyib. Oyun Qəbələ şəhər stadionunda keçiriləcək və saat 17:30-da start götürəcək.