Konfrans Liqasının II təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində “Sumqayıt”ın qonağı olan “Fehervar”ın baş məşqçisi Tamaş Peto oyundan sonra mətbuat konfransına fikirlərini bildirib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində “Sumqayıt”ın qonağı olan “Fehervar” (Macarıstan) klubunun baş məşqçisi Tamaş Peto oyundan sonra mətbuat konfransına qatılıb.

Matc.az xəbər verir ki, mütəxəssis görüş barədə fikirlərini bildirib:

“Uzun uçuş oldu. Yorğunluq vardı. Qırmızı vərəqədən sonra toparlandıq. Çox qol vura bilərdik. Lakin sonda bizim üçün uğurlu nəticə oldu. Düşünmürük ki asan idi. “Sumqayıt” yaxşı komandadır. Evdə daha diqqətli olmalıyıq. Onlar da bizim kimi səfərdə oynayacaqlar”.

Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest