26 İyul 2024, 09:45
FUTBOL
Avropa Liqası və Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçlarından sonra növbəti UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, dünən qeydə alınan nəticələr sayəsində Azərbaycan reytinq siyahısında bir pillə irəliləyib.
“Zirə”nin ev, “Sabah”ın isə səfər qələbəsi sayəsində ölkəmizin bu mövsümdə xal ehtiyatı daha 0,500 xal artaraq, 1,000-ə çatıb. Son 5 mövsümdə toplanan xalları 17,750-yə çatdıran Azərbaycan reytinq siyahısında Slovakiyanı geridə qoyub. Ölkəmiz cədvəldə 24-cü pilləyə yüksəlib. Hazırda 23-cü sıradakı Rusiyadan cəmi 0,549 xal geri qalırıq.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (89,160 xal) rəhbərlik edir. İtaliya (79,106) ikinci, İspaniya (73,989) isə üçüncüdü.