"Əslində, matça yaxşı başlamışdıq, topa nəzarət bizdə idi. Amma bunun davamını gətirə bilmədik, nəticədə “Sabah” təşəbbüsü ələ keçirdi".

“Makkabi”nin baş məşqçisi Barak Bahar UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”a 0:3 hesablı məğlubiyyəti şərh edib. Matc.az xəbər verir ki, hayfalıların çalışdırıcısı ilk oyundakı ağır məğlubiyyətdən sonra işlərinin çətinləşdiyini vurğulayıb.

“Planlarımız tutmadı. Əsas da hücumdakı çıxışımızdan narazı qaldım. Futbolçularım ön xətdə daha cəsarətli oynaya bilərdilər. Əslində, matça yaxşı başlamışdıq, topa nəzarət bizdə idi. Amma bunun davamını gətirə bilmədik, nəticədə “Sabah” təşəbbüsü ələ keçirdi. Rəqibin sürətli, təhlükəli komanda olduğunu bililrdik. Buna baxmayaraq, onların qarşısını kəsməyi bacarmadıq”, - deyə B.Bahar bildirib.

Bununla belə, “Makkabi”nin baş məşqçisi ümidini üzmədiyini qeyd edib. O, ilk imtahanın uğursuz alındığını deməklə yanaşı, Bakıda keçiriləcək cavab matçınadək toparlanmağa çalışacaqlarını dilə gətirib: “Bakıya revanş dalınca gedəcəyik. Futbolda hər şey mümkündü. Düzdü, bunu bacarmaq asan deyil. Amma mən futbolçularıma inanıram. Hələ heç nə bitməyib, qarşıda bizi daha bir matç gözləyir. Vəziyyətlə ancaq cavab görüşündən sonra barışacağıq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest