İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente “Barselona”nın və milli komandanın futbolçusu Lamin Yamal haqda danışıb. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis Yamalın hələ də böyüməli olduğunu dilə gətirib.

“Yamal yaşına görə kifayət qədər yetkin futbolçudu, lakin bir qədər də böyüməlidi. Güclənməli, şəxsiyyət kimi böyüməyə davam etməlidi. Nəticədə daha peşəkar futbolçuya çevriləcək. İndiki durumu ilə kifayətlənməməlidi”, - deyə Luis de la Fuente bildirib.

Qeyd edək ki, Yamal İspaniya millisinin heyətində AVRO-2024-ün qalibi adını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest