26 İyul 2024, 18:25
FUTBOL
Fransalı mərkəz müdafiəçisi Malanq Sarr “Çelsi”dən ayrılıb.
Matc.az xəbər verir ki, o, London klubu ilə müqaviləsini erkən ləğv edib və Liqa 1-ə qayıdıb.
Sarrın karyerasını “Lens” klubunda davam etdirəcək. 25 yaşlı müdafiəçi yeni klubu ilə bir mövsüm uzatmaq imkanı ilə iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, Sarr “Çelsi”yə 2020-ci ilin yayında “Nitsa”dan azad agent kimi keçib. Bu müddət ərzində o, “mavilər”in heyətində cəmi 21 oyun keçirib.












