27 İyul 2024, 10:32
FUTBOL
“Lex”in yarımmüdafiəçisi Filip Marçvinski “Leççe”yə keçib
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Müqavilə 30 iyun 2028-ci il tarixinədək imzalanıb. Transferin məbləği açıqlanmır. Marçvinskinin bazar dəyəri 6 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, “Lex”in yetirməsi olan 22 yaşlı futbolçu, Polşa klubununda 166 oyun keçirib, 28 qol vurub və 11 məhsuldar ötürmə edib.












