Madridin “Atletiko” klubu mərkəz müdafiəçisi Robin Le Normandın transferi üçün “Real Sosyedad”la razılığa gəldiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, klubların razılığına əsasən Le Normandın transferi, futbolçu tətildən qayıdandan sonra rəsmiləşəcək.

Qeyd edək ki, Le Norman ötən mövsüm “Real Sosyedad”da bütün turnirlərdə 43 oyun keçirib, 2 qol vurub. “Transfermarkt” internet portalının məlumatına görə, 27 yaşlı futbolçunun dəyəri 40 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest