27 İyul 2024, 14:23
FUTBOL
Bu gün Azərbaycanın cüdo millisinin üzvü Balabəy Ağayev Paris-2024 Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Matc.az xəbər verir ki, -60 kq çəki dərəcəsində çıxış edən Ağayev 1/8 final mərhələsində Cənubi Koreya təmsilçisi Von Jin Kim ilə üz-üzə gəlib.
Üç xəbərdarlıq alaraq rəqibinə məğlub olan Balabəy Ağayev mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, -48 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Leyla Əliyeva 1/16 finalda özbəkistanlı cüdoçu Xalimajon Kurbonovaya məğlub olaraq Olimpiadada çıxışını yekunlaşdırıb.