27 İyul 2024, 19:07
FUTBOL
Endrikin “Real”a uzun çəkən keçidinin intizarı nəhayət ki, başa çatdı.
Matc.az xəbər verir ki, il yarım gözlədikdən sonra gənc braziliyalının Madrid klubuna transferi rəsmiləşdi.
“Real” futbolçunun transferi ilə bağlı “Palmeyras”la 2022-ci ilin dekabrında müqavilə imzalayıb. Lakin FİFA qaydalarına görə, futbolçu İspaniya paytaxtına köçmək üçün 18 yaşını gözləməli idi.
İyulun 21-də Endrik 18 yaşını qeyd etdikdən sonra “Kral klubu” təqdimat tarixini rəsmən elan etmişdi - 27 iyul.
Endrikin təqdimatı “Santyaqo Barnabeu”da baş tutub. Bundan əvvəl futbolçu “Real” prezidenti Florentino Pereslə görüşüb və onunla rəsmi müqavilə imzalayıb.