27 İyul 2024, 19:29
FUTBOL
“Çelsi” qapıçı xəttini gücləndirmək qərarına gəlib və “Vilyarreal”ın danimarkalı qapıçısı Filip Yorqenseni heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı juranilst Fabrisio Romano “X” social şəbəkəsində paylaşıb.
Bildirilir ki, tərəflər arasında artıq müqavilə bağlanıb. London klubu qapıçı üçün 24,5 milyon avro ödəyəcək. Yorqensen “Çelsi” ilə uzunmüddətli müqavilə imzalayacaq.
Qeyd edək ki, Yorqensen “Vilyarreal” akademiyasının məzunudur. O, ötən mövsüm klubun əsas komandasına daxil olub. 22 yaşlı qapıçı La Liqada 36 oyun keçirib və 63 qol buraxıb.