“Arsenal” heyətini “Barselona”nın braziliyalı hücumçusu Rafinya ilə gücləndirmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “Mirror” nəşri paylaşıb.

Bildirilir ki, London klubu cənubi amerikalı futbolçu üçün təxminən 50 milyon avro ödəməyə hazırdır. Bu, oyunçunun transfer dəyərinin təxmin edilən məbləğidir.

Rafinya 2022-ci ildə İngiltərənin “Lids” klubundan “Barselona”ya keçib.

Qeyd edək ki, 27 yaşlı futbolçunun Kataloniya klubunu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. O, “Barselona”da ümumilikdə 87 oyuna çıxıb, 20 qol vurub və 25 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest