28 İyul 2024, 13:16
FUTBOL
İspaniyanın “Sevilya” klubu Moskva MOİK-nin hücumçusu Fedor Çalovu transfer etməkdə maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsində paylaşıb.
Bildirilir ki, ispanlar hələ də forvardı Rusiya klubundan almaq variantını aktivləşdirməyiblər. Hələlik klublar arasında rəsmi danışıqlar aparılmayıb.
İnsayder Yunanıstan PAOK-unun oyunçunu 3 milyon avroya almaq variantını nəzərdən keçirdiyin də təsdiqləyib.
Qeyd edək ki, ötən mövsüm Çalov bütün turnirlərdə 41 matçda iştirak edib, 16 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 11 milyon avrodur.