28 İyul 2024, 15:00
FUTBOL
Bakı klubu daha bir legioneri ilə vidalaşıb. Paytaxt təmsilçisi hücumçusu İshak Belfodillə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Azərbaycanı Konfrans Liqasında təmsil edən “Sabah” digər tərəfdən heyətini təmizləməyə davam edir.
Matc.az xəbər verir ki, Bakı klubu daha bir legioneri ilə vidalaşıb.
Belə ki, paytaxt təmsilçisi hücumçusu İshak Belfodillə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Qeyd edək ki, “Sabah” Belfodildən əvvəl Jarl Marqarita, Davit Volkov, Kristian Sebalyos, Kristian da Silva, Maruan Hadudi və Emmanuel Apehlə də yollarını ayırıb.