“Real”ın sponsoru olan alman avtomobil istehsalçısı BMW şirkəti, yeni transfer edilən hücumçu Kilian Mbappeyə son model “i7 M70 xDrive” elektrik avtomobili hədiyyə edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “Marca” paylaşıb.

Lakin 25 yaşlı futbolçunun sürücülük vəsiqəsi olmadığı üçün o, sərnişin oturacağında əyləşməli olacaq.

Qeyd edək ki, iyunun 3-də Mbappe rəsmi olaraq “Real”ın oyunçusu olub. İyulun 16-da isə onun “Kral Klubu”nun oyunçusu kimi təqdimatı olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest