“Yurqorden”in müdafiəçisi Samuel Dahl “Roma”ya keçib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Romalılar 21 yaşlı isveçlinin transferi üçün 4,3 milyon avro ödəyib. Müqavilənin şərtləri barədə məlumat verilməyib.

Qeyd edək ki, Samuel Dahl “Vesteros”un yetirməsidir. 2020-ci ilin yanvarında AİK-ə keçib, iki il sonra “Erebru” ilə müqavilə imzalayıb. 2023-cü ilin yayında isə “Yurqorden”ə transfer olunub. İsveç millisində 1 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest