“Turan Tovuz” heyətinə daha bir oyunçu cəlb edib.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi İbrahim Ramazanovu heyətinə cəlb edib.

19 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İbrahim eyni zamanda 21 yaşlılardan ibrarət Azərbaycan milli komandasının üzvüdür. Gənc futbolçu Qəbələnin yetirməsidir. O, ötən mövsüm Premyer Liqada 4 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest