29 İyul 2024, 00:10
FUTBOL
“Turan Tovuz” futbolçusu Roderik Millerlə müqaviləni uzadıb. Panama millisinin də üzvü olan müdafiəçi ilə 2026-ci ilin iyununa qədər yeni müqavilə bağlanıb.
“Turan Tovuz” futbolçusu Roderik Millerlə müqaviləni uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Panama millisinin də üzvü olan müdafiəçi ilə 2026-ci ilin iyununa qədər yeni müqavilə bağlanıb. Onun əvvəlki müqaviləsi 2025-ci ilin iyununa qədər idi.
Qeyd edək ki, Miller “Turan Tovuz”un heyətində Azərbaycan Premyer Liqasında 32 oyun keçirib və 6 qol vurub.