PSJ-nin hücumçusu Kilian Mbappeni azad agent kimi heyətinə cəlb edən “Real” transfer çalışmalarına fasilə vermir. Matc.az xəbər verir ki, İspaniya nəhəngi indidən gələn ilin planlarını cızmağa başlayıb.
“Kral klubu” daha iki ulduz futbolçunu eyni yolla heyətinə qatmağı planlaşdırır. Belə ki, “Real” “Bavariya”nın sol cinah müdafiəçisi Alfonso Devis və “Liverpul”un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnolda gələn yay azad agent kimi formanı geyindirmək niyyətindədi. Hər iki oyunçunun klubu ilə sözləşməsi 2025-ci ilin yayına qədərdi. Madridlilər onları indidən razı salmağa çalışır.
Qeyd edək ki, Trent Aleksander-Arnold yetirməsi olduğu “Liverpul”da 2016-cı ildən əsas komandanın formasını geyinir. Alfonso Devis isə 2018-ci ildən “Bavariya”nın şərəfini qoruyur.