19 yaşadək futbolçulardan ibarət komandalar arasında Şimali İrlandiyada keçirilən Avropa çempionatı başa çatıb. Matc.az xəbər verir ki, A millilər kimi, U-19-ların yarışında da İspaniya qitə çempionu olub.

“Buğalar” finalda Fransa üzərində 2:0 hesablı qələbə qazanıb. Qolları 41-ci dəqiqədə İker Bravo və 69-cu dəqiqədə Assan Diao vurub.

Qeyd edək ki, Almaniyada keçirilən AVRO-2024-ün qalibi də İspaniyanın əsas millisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest