29 İyul 2024, 13:36
FUTBOL
“Yuventus” Jan-Kler Todibo üçün “Nitsa”ya ilkin təklif göndərəcək. Matc.az xəbər verir ki, İtaliya klubu 24 yaşlı mərkəz müdafiəçisini icrarəyə götürmək niyyətindədi.
“Qoca sinyora” Fransa millisinin üzvünü 35 milyon avroya birdəfəlik transfer etmək öhdəliyi ilə icarəyə götürməyə çalışacaq. “Yuve” rəhbərliyi Todibonun nümayəndələri ilə artıq görüş keçirib. Müdafiəçi 5 illik müqaviləyə razılıq verib. Sabiq “Barselona”lı yalnız “Yuventus”a keçmək istəyindədi.
Qeyd edək ki, Todibo “Nitsa”ya 2021-ci ildə “Barselona”dan keçib.